Mübariz Mənsimovdan Mübariz İbrahimovla bağlı paylaşım - FOTO

Mübariz Mənsimovdan Mübariz İbrahimovla bağlı paylaşım – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabından Milli Qəhrəman Mübariz İbrahimov haqda paylaşım edib.

A24.Az xəbər verir ki, iş adamı Mübariz Mənsimov Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan fotonu paylaşaraq bu sözləri qeyd edib:

“Millətimin igid oğlu, adı kimi MÜBARİZ olan qardaşım! Allah sənə rəhmət eləsin! Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Sən ən Alisini şərəfli ölümü seçdin: Şəhid oldun! Bu zirvəyə ucalanlar isə heç zaman ölmür. Hər zaman ürəyimizdə olacaqsan. Yaşayacaqsan, biz də səni yaşadacağıq. Vətənimin, millətimin adını ucaldan hər bir azərbaycanlı qarşısında baş əyirəm”, – deyə bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar