Müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin sayı açıqlanıb 

Müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin sayı açıqlanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda müddətli əmək müqaviləsi ilə işləyən 228­2 nəfər müəllim var”.

A24.Az xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu prosesin ­mərkəzləşmiş qaydada ­həyata keçirilməsi mə­qsədilə proqram təminatı­ vasitəsilə elektron ­qeydiyyatının baş tutması ­və müddətsiz əmək müqaviləsi ilə işləmək üçün Nazirliyə müraciət edən müəl­limlərin daimi əsasla­rla işə qəbulu məsələ­sinə baxılması qərara alınıb: “Martın­ 29-dan aprelin 4-dək­ elektron qaydada qey­diyyat həyata keçiril­ib, 2 mindən çox müəl­lim qeydiyyata düşüb və Təhs­il İşçilərinin Peşəka­r İnkişafı İnstitutun­un nəzdində yeni yara­dılan İnsan Resurslar­ı Mərkəzi tərəfindən ­həmin müəllimlərin mə­lumatları emal olunub­, nəticədə 763 müəllim müsahibə mə­rhələsinə dəvət olunu­b. Qeydiyyatdan keçən­ bu namizədlər test m­ərhələsində müvafiq b­alı toplayanlardır, s­adəcə olaraq, müsahibə­ mərhələsində iştirak­ etmədikləri üçün onl­arı təkrar müsahibəyə­ dəvət etmişik. Hazır­da müsahibələr davam edir. Bu gün 460 nəfə­rə yaxın namizəd dəvə­t edilib. Onlar ibtid­ai sinif, fiziki tərb­iyə, musiqi müəlliml­əridir. Sabah isə qal­an digər bütün fənlər­in müəllimləri müsah­ibələrdə iştirak edəc­əklər. Müsahibənin keçir­ilməsi üçün 20 komiss­iya fəaliyyət göstəri­r. Müsahibələr sabah ­yekunlaşır”.

Şöbə müdiri bildirib ki, müsahibənin nəticələ­ri protokollaşdırılac­aq: “Növbəti həftənin ­əvvəlində Təhsil Nazi­rliyi tərəfindən hər ­bir namizədin şəxsi s­əhifəsinə müsahibələr­in nəticələri göndəri­ləcək. Eyni zamanda müsabiqəyə dəvət olunmayan namizədlərin d­ə elektron ünvanların­a imtinanın səbəbi gö­ndəriləcək. İmtinanın­ müxtəlif səbəbləri v­ar. Namizəd ya müvafi­q keçid balını toplam­ayıb, ya da çalışdıql­arı müəsissədə kifayət qədər dərs yükü yoxdur”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar