A24 Xeber

Müəllim olmaq istəyənlər, DİQQƏT! İmtahanlar keçiriləcək – TARİX VƏ MƏKAN

Müəllim olmaq istəyənlər, DİQQƏT! İmtahanlar keçiriləcək – TARİX VƏ MƏKAN
1. 022
30 İyun 2017 - 22:47

Müəllimlər olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən A24.Az-a bildirilib ki, cari ilin iyulunda Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət növbəti elektron sınaq imtahanı keçirəcək. Sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunacaq.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd edək ki, bu imtahanlar cari ilin aprelindən keçirilir və ölkənin bütün bölgələrindən müəllim olmaq istəyənlər sınaq imtahanlarında iştirak edir.

Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00