Müəllimdən VƏHŞİLİK: Birinci sinif şagirdini döyüb - İDDİA + VİDEO

Müəllimdən VƏHŞİLİK: Birinci sinif şagirdini döyüb – İDDİA + VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb.

A24.Az Open.az-a istinadən xəbər verir ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.

O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazıb:

“Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur”.

Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimədən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib:

“Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq.

Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar