A24 Xeber

Müəlliməni “lapatka” ilə öldürən ər saxlanıldı

Müəlliməni “lapatka” ilə öldürən ər saxlanıldı
581
29 Mart 2017 - 10:45

Lənkəranda məktəb müəlliməsini qətlə yetirən əri saxlanılıb.

“A24.az” APA-ya istinadla xəbər verir ki, Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.

İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, ötən gün rayonun Səpnəkəran kəndinin sakini, orta məktəbdə müəllimə işləyən, 48 yaşlı Əliyeva Maygül Daməd qızı əri, 49 yaşlı Əliyev Rüfət Akif oğlu tərəfindən qətlə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00