Müəllimlərə şad xəbər: Maaşları artırılacaq

Müəllimlərə şad xəbər: Maaşları artırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək”.

A24.Az-ın Trend-ə istinadla məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib.

M.Camalzadə bildirib ki, bu qiymətləndirmədə ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər də iştirak edir: “Həmin müəllimlər yenidən bilik və bacarıqlarını yoxlamaq üçün bu dəfəki qiymətləndirməyə qatılır, özlərini yenidən sınayırlar”.

Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirməyə start verilib.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may-2 iyun tarixlərində keçiriləcək.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 min nəfər müəllimin iştirak edəcəyi gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar