Müflis olduğu deyilən Mübariz Mənsimovdan əleyhdarlarını şok edən MÜSAHİBƏ

Müflis olduğu deyilən Mübariz Mənsimovdan əleyhdarlarını şok edən MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Mübariz Mənsimov türkiyəli jurnalistin suallarını cavablandırıb.

A24.az xəbər verir ki, Palmali Şirkətlər Qurupunun qurucusu Mübariz Mənsimov SOCAR  və Lukoylla ortaqlığını bitirib, əvəzində isə Shell, Total, Glencore, BP kimi dünyanın nəhəng şirkətləri işə davam etdiyini bildirib.

  • Dəniz sektorunda böyük böhran yaşandı. Siz də turizm sahəsinə daxil oldunuz. İndi nə edirsiniz?
    -Bizim əsas işimiz dənizçilik, gəmiqayırmadır. Biz təkcə öz gəmilərimizlə deyil, kirayə olaraq götürdüyümüz gəmilərlə də daşıyırıq. Ümumilikdə, 270 gəmimizin olduğunu deyə bilərik, çünki bizimlə müqavilə ilə işləyən gəmilər var. Amma özümüzə aid ən azı 100 gəmi var.

  • Son dövrdə yeni gəmi almısınızmı?
    – Biz köhnə gəmiləri satırıq və yenilərini alırıq. 2017-ci ildə 5 yeni gəmi almışıq. Tanker və quru yük gəmilərini təmir edir və yeniləyirik.
  • Dənizçilikdə böhran yaşandı. Ticarət balansları da dəyişir. Necə işləyirsiniz? Çünki neft qiymətləri bir çox şirkəti pis vəziyyətə saldı…
    – Bazar dəyişir. Dünya ticarəti də dəyişir. Dəniz sektoru dövlətə bağlı bir sektor deyildi. Su harada varsa, orada dənizçilik var. Biz həm də çaylarla daşınma işlərini görürük. Gəmimizin yeganə rəqibi dəmir yoludur. Hətta ən pis zamanda, dənizdə işlər dayanmır. Neft daşınması davam edir.
  • Siz Lukoil ilə uzun müddət çalışırdınız. İndi isə məhkəməniz var. Digər tərəfdən də Socar ilə əməkdaşlıq başa çatdı. Onları necə itirdiniz?
    – Onlar getdi, lakin nəhəng korporasiyalar var. Biz Total, Shell, BP, Statoil, dünyanın ən böyük xammal şirkəti Glolor kimi şirkətlərlə işləyirik. Heç bir fırıldaqçılıq yoxdur. Hər şey şəffafdır. Hər gün razılaşmalarını yerinə yetirirlər. Təəssüf ki, bu, hələ keçmiş Sovet İttifaqına aid ölkələrin şirkətlərində baş vermir.

 

  • Socar ilə əməkdaşlığınız sona çatdı …
    – Mən Socar ilə uzun müddət çalışdım. Azərbaycanın dövlət neft şirkətidir. Palmali onlarla birgə bir şirkət qurdu. Mən 3 il əvvəl tərəfdaşım ilə Socardan ayrıldım. Birgə işləmək istəmədim. Bir ortağınız varsa, hər şeyi çətinləşir. Bizim  Socar ilə problemimiz yoxdur. Bir mübahisə də yaranmayıb. Xəbərlər yalandır.

Mübariz Mənsimov 1998-ci ildən bəri Türkiyədə yaşayır. 2007-ci ildə “Qurbanoğlu” soyadını da götürərək türk vətəndaşlığına keçib.

A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar