Müğənni Kərim ETİRAF ETDİ: Əslində oğlu kimi təqdim etdiyi doğma övladı deyilmiş...

Müğənni Kərim ETİRAF ETDİ: Əslində oğlu kimi təqdim etdiyi doğma övladı deyilmiş…
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Kərim Abbasov övladı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
A24.Az Axşam.az-a istinadən məlumatına görə, sənətçi “5/5” verilişində bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyilmiş: “İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır.
İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir.
7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun”. Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar