A24 Xeber

Müğənnilərin ad üstündə “sözyoldu”su

Müğənnilərin ad üstündə “sözyoldu”su
51
27 Aprel 2018 - 9:57

“Aytmatov sağ olsaydı, iddia qaldırardı ki, Çingiz Abdullayev adını dəyişsin, türkdilli xalqları çaşdırır” 

A24.Az Kaspi.Az-a istinadən yazını təqdim edir.

Bu şou-biznes nümayəndələri də gündə bir adət çıxarır. Ötən gün əməkdar artist Şəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. İndi sənətçi yenidən bu mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıdan adını dəyişməsini tələb edib. Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə, həmin xanıma onun sözlərini çatdırmasını qeyd edib: “Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.

Ş.Qəhrəmanova isə cavabını gecikdirmədi. İfaçı məsələ ilə bağlı mətbuata açıqlamasında adının başına bəla olduğunu bildirmişdi. Hətta  ironiya ilə Şəbnəm Tapdığın, onun yaşı  qədər stajı olduğunu da bildirmişdi: “O, məni efirlərin birində təhqir edərək, məhkəməyə verəcəyini deyib. Amma məhkəməyə müraciət edəcək adam məhz mən özüməm. Şəbnəm xanım iddia edir ki, mən adımı ondan götürmüşəm. Amma bu, belə deyil. İndi deyir ki, mən soyadımı da səsləndirməliyəm. Sağ olsun Samiraldo, sayəsində az qala soyadıma nifrət edəcəyəm. Yaratdığınız imkandan yararlanıb Şəbnəm xanıma səslənib deyirəm ki, mən özümə nə təxəllüs götürəcəyəm, nə də təqdimat zamanı soyadımın səslənməsini istəyəcəyəm. Mən karyera yolunda məhz Şəbnəm kimi addımlayacağam”.

Yenidən gündəmə gələn məsələ ilə bağlı isə ifaçı qısa olaraq belə deyib: “Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir getsin”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00