A24 Xeber

Muhamməd Salah 3 həftə sonra yaşıl meydana dönə biləcək

Muhamməd Salah 3 həftə sonra yaşıl meydana dönə biləcək
28
28 May 2018 - 9:29

İngiltərənin “Liverpul” klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında “Real”a qarşı oyunda aldığı zədəyə görə 3 həftə müddətinə sıradan çıxıb.

A24.Az xəbər verir ki, tibbi müayinə zamanı futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub.

Onun müalicəsi 3 həftə çəkəcək. Belə olan halda, Salah Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edə biləcək. Onun qrup mərhələsində Uruqvaya qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir.

Futbol üzrə Dünya çempionatı iyun ayının 14-də Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00