Müqavilə ilə işləyən müəllimlər imtahana niyə buraxılmayıblar?

Müqavilə ilə işləyən müəllimlər imtahana niyə buraxılmayıblar?
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil Nazirliyi müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmamasına aydınlıq gətirib.

A24.Az APA-ya istinadən xəbər verir ki, diaqnostik qiymətləndirmənin nəticəsi əmək müqaviləsinin daimiləşməsi üçün əsas sayılmadığı üçün müddətli əmək müqaviləsi ilə müəllim işləyənlərin diaqnostik qiymətləndirmədə iştirakı nəzərdə tutulmayıb.

Qeyd edək ki, ancaq müddətsiz əmək müqaviləsi ilə işləyən şəxslərin diaqnostik qiymətləndirmədə iştirakı bir qrup şəxsin narazılığına səbəb olub. Narazı şəxslər əsas iş yerində müddətli əmək müqaviləsi ilə işləyən minlərlə müəllimin qiymətləndirmənin keçirilməsi ilə bağlı hazırda qüvvədə olan Qaydaların tələblərinə zidd olaraq qiymətləndirmə imtahanlarına buraxılmadığını və onların bu tədbirdə iştirak etmək hüquqlarının pozulduğunu iddia ediblər.

Xatırladaq ki, mayın 26-dan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçirilir.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılır.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllim iştirak edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar