Müsəlman qız ABŞ-ın ilk hicablı xəbər aparıcısı oldu – FOTO

Müsəlman qız ABŞ-ın ilk hicablı xəbər aparıcısı oldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Amerikanın İllinoys və Ayova əyalətində, yerli kanallardan birində xəbər aparıcısı olan Rahman ölkənin ilk tam hicablı xəbər spikeri olub.

“A24.az” bildirir ki, Amerika mediasında yer alan xəbərə görə, ABŞ-ın İllinoys əyalətində fəaliyyət göstərən WHBF adlı yerli televiziya kanalı hicablı xəbər aparıcısına ev sahibliyi etməyə başlayıb.

İki ildən çoxdur eyni kanalda müxbir olaraq işləyən 27 yaşlı Tahera Rahmanın anası Hindistan, atası isə Pakistan əsillidir. Rahmanın isə Çikaqoda doğulduğu bildirilir.

Kanalın müdiri fevral ayının 8-də ilk dəfə canlı yayıma çıxan Rahmanın son dərəcə bacarıqlı olduğunu və ondan hicabını çıxarmaq barədə heç düşünmədiyini açıqlayıb.

Çikaqo Loyola Universitetinin Jurnalistika fakultəsində təhsil olan Rahman isə mediada işləməyi çox sevdiyini və bir müsəlman olaraq işində uğur qazanmaq istədiyini deyib.

Qeyd edək ki, ABŞ-da Donald Tramp prezidentlik kürsüsünə gələndən sonra ölkədə islamofobik hücumlar və müsəlmanları hədəf alan nifrət dolu münasibətlər artıb. Belə bir vaxtda Rahmanın uğuru bölgədə yaşayan müsəlmanlar üçün qürur qaynağı olub.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar