A24 Xeber

Fələstinli qızlar “özü özünü təmir edən asfalt” düzəldərək 111 ölkənin 6 min mühəndisi arasında 1-ci olublar.

“A24.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müsəlman qızlar həmin asfaltın hazırlanmasında dəmir tullantılardan istifadə ediblər.

Həmin asfaltın hazırlanmasında əməyi keçən müsəlman qız lar isə Qəzzadakı İslam Universitetinin İnşaat Mühəndisliyi fakultəsinin məzunları olan 22 yaşlı Xədicə ər-Remlavi, 22 yaşlı Hedil Ebu Iyşe və 21 yaşlı Nur Hasandır. Bu üçlük yollarda yaranan dağıntıları təmir etmək üçün əlavə materiala ehtiyac olmadan, özünü bərpəa edə bilən asfalt hazırlamağı bacarıblar.

Bəhreyndə keçirilən və 111 ölkənin iştirak etdiyi müsabiqədə 6 min iştirakçını geridə qoyan müsəlman qızlar “Nasır bin Hamad Al Halife Gənc İxtiraçı” mükafatını qazanıblar.

Firuzə Alimova / A24.az

Fələstinli qızlar “özü özünü təmir edən asfalt” düzəldərək 111 ölkənin 6 min mühəndisi arasında 1-ci olublar. “A24.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müsəlman qızlar həmin asfaltın hazırlanmasında dəmir tullantılardan istifadə ediblər. Həmin asfaltın hazırlanmasında əməyi keçən müsəlman qız lar isə Qəzzadakı İslam Universitetinin İnşaat Mühəndisliyi fakultəsinin məzunları olan 22 yaşlı Xədicə ər-Remlavi, 22 yaşlı […]

Müsəlman qızlar ixtiraları ilə 6 min mühəndis arasında 1-ci oldular – VİDEO

232