Müsəlmanları sevməyən siyasətçi "Quran"ın qadağan olunmasını istədi

Müsəlmanları sevməyən siyasətçi “Quran”ın qadağan olunmasını istədi
Want create site? Find Free WordPress Themes and plugins.

Hollandiyanın ifrat sağçı siyasətçisi Girt Uilders Quranın ölkədə qadağan edilməsi fikrini irəli sürüb. O, bunları deyərkən Hitlerdən nümunə gətirib.

“A24.az” “din.az”a istinadən xəbər verir ki, Quranı Adolf Hitlerin “Mein Kampf” (Mənim mübarizəm) adlı kitabı ilə müqayisə edən və Quranda daha çox antisemitizmin olduğunu iddia edən Uilders, mühacirlərin onun ölkəsinə gəlməsini istəmədiyini qeyd edib. Quranı qadağan edəcəkləri təqdirdə isə onların bu ölkəyə gəlməyəcəklərini bildirib. Girt Uilders belə deyib: “Adolf Hitlerin “Mein Kampf” (Mənim mübarizəm) kitabını Hollandiyada qadağan etdiyimiz kimi, Quranın da tamamilə qadağan edilməsi çox vacibdir. Əgər bir ölkədə mühacir siyasəti digərlərinə nisbətən daha sərtdirsə, o zaman mühacirlərin çoxu daha sərbəst siyasətin olduğu ölkələrə gedəcəklər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar