Müşfiq Şükürov: "Elşad Mirinin kitabından ehtiyat ediblər..."

Müşfiq Şükürov: “Elşad Mirinin kitabından ehtiyat ediblər…”
Want create site? Find Free WordPress Themes and plugins.

Elşad Mirinin “İslamda Yoxdur!” kitabının çapının qadağan olunması ilə bağlı tanınmış şəxslərdən fikirlər gəlməkdə davam edir.

“A24.az” bildirir ki, çapı qadağan olunmuş kitabla bağlı bu dəfə fəlsəfə elmləri namizədi, dossent Müşfiq Şükürov danışıb.

İlahiyyatçının kitabı ilə tanış olan Müşfiq Şükürov nəşrə qoyulan qadağa ilə bağlı bu fikirləri səsləndirib:

“Elşad Mirinin videolarında, bu və ya digər yazılarında kitab barəsində anons çoxdan verilib. Məncə, çox gərəkli, faydalı, maarifçiliyi aşılayan bir kitab olacaqdı. Kitabın çapına izin verilməməsini mən bəyənmədim. O kitabda qeyd olunan referanslara baxanda, ümumi İslam dünyasında bəlli olan mənbələrdir. Həmin mənbələr üzərindən mövzu müzakirə olunub. İnsanların İslama baxışına bəlkə bir qədər aydınlatıcı və bir çoxları üçün təəccüblü açıqlamalar olacaqdı. Məncə, o, İslam dünyasında 100 illərdən bəri alimlərə məlum olan həqiqətləri dinə gətirirdi”.

Kitabın niyə qadağan olunması barədə danışanda isə Müşfiq Şükürov “Sadəcə ehtiyat ediblər…. Dini qurumda işləyən ekspertlər nəyə əsasən belə rəy hazırlayıb bilmirəm, məncə, din mövzusuna görə ehtiyat ediblər. İnsanların bir çoxu bunu bəyənə, çoxlarının düşüncələrinə toxuna bilər, onlar necə düşünəcəklər, nə cür reaksiya verəcəklər deyə, bu cür mülahizələri nəzərə alıblar. Çünki istinad olunan mənbələr kifayət qədər bəllidir və bütün təriqətlərdən olan İslam alimləri bu gün ayrı-ayrı çıxışlarında etiraf edirlər ki, bu şeylər İslamda yoxdur. Amma bu vərdişlər ənənəvi olaraq geniş kütlələrdə qalıb” deyə qeyd edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar