A24 Xeber

Musiqi dinləyərkən qulaqlıq partladı, üzü bu hala düşdü – FOTOLAR

Musiqi dinləyərkən qulaqlıq partladı, üzü bu hala düşdü – FOTOLAR
626
16 Mart 2017 - 9:55

Təyyarə ilə səhayət edərkən  partlayan və həyati təhlükə yaradan cib telefonu, dizüstü kompüter kimi inkişaf etmiş texnoloji qurğulara indi də batareyalı qulaqlıqlar əlavə olunub.

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, Pekindən Melburne gedərkən təyyarədə kabelsiz batareyalı qulaqcıq ilə musiqi dinləyən qadın sərnişin qulaqlıqların partlaması və alov alması nəticəsındə yanıb və sifəti hisə bürünüb.

Hadisədən sonra adı açıqlanmayan avstraliyalı qadının üzündə, qulaqlarında və əllərində yanıqlar  yaranıb.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Rəhbərliyi təyyarədə yatarkən musiqi dinləyən sərnişininin  “Musiqi dinləyərkən bir istilik hiss etdim, bir az tərsinə fırlanmağa çalışanda da qulağımda partlayış oldu. Əlimi üzümə atanda qulaqlıq boynuma tərəf sürüşdü. Əlimlə çəkib yerə atdım, çox isti idi və alovlanmağa başlamışdı” – açıqlamasını yayıb.

Yolçunun hadisədən dərhal sonra çəkilən fotosunu da bölüşən Avstraliya Nəqliyyat Təhlükəsizliyi Rəhbərliyi  ilk dəfə bir qulaqcıqla bağlı belə problemlə qarşılaşdıqlarını açıqlayıb.

Pilli kulaklık bu hale getirdi

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00