Mütəxəssislər həyəcan təbili çalır: İndi də "Mariam" oyunu gəncləri intihara sürükləyir

Mütəxəssislər həyəcan təbili çalır: İndi də “Mariam” oyunu gəncləri intihara sürükləyir
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncləri intihara sürükləyən “Mavi Balina”dan sonra indi də “Mariam” oyunu həyat üçün təhdid halına gəlib.

A24.Az xəbər verir ki, oyun Səudiyyə Ərəbistanından olan Salman El Harbi tərəfindən hazırlanıb.

Oyunda 9 yaşlı “Mariam” yolunu itirdiyini deyir və evə geri dönmək üçün oyunçudan yardım istəyir. Oyuna başlamadan öncə oyunçunun adı, ünvanı, yaxın çevrəsi, “Facebook” və “WhatsApp” kimi tətbiqlərə giriş icazəsi istənir. Bütün məlumatlar əldə edildikdən sonra oyun başlayır.

Oyunu oynayan istifadəçilərin “Youtube”də paylaşdığı videolarda, yad bir nömrə nəzərə çarpır. İstifadəçilərə mobil telefonlardan zəng vurularaq, qorxu filmlərində istifadə olunan qışqırıq və fısıltı səsləri qoşulur.

Ən dəhşətlisi də ondadır ki, oyun eyni ilə “Mavi balina” kimi intihara sürükləyir. Çünki oyunda “Cinlərin insana təzyiqi” kimi qorxuya salan hissələr var. Bu da gənclərin psixologiyasına mənfi təsir edir. Oyunun son hissəsinə gələndə isə gecə saat 03:00 radələrində bilinməyən bir nömrədən zəng gəlir. Fərqli dillərdə danışan robot “Səninlə təkrar görüşəcəyik” deyib insanı vahiməyə salır.

Mütəxəssislər bildirir ki, valideynlər övladlarını həyatı təhdid edən bu tip oyunlardan uzaq tutmalıdır.

Qeyd edək ki, sözügedən oyun Türkiyədə 12 yaşlı yeniyetmənin intiharına səbəb olub.

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar