Müvəqqəti baş nazir Nikol Paşinyanla görüşməkdən niyə imtina etdiyini açıqladı

Müvəqqəti baş nazir Nikol Paşinyanla görüşməkdən niyə imtina etdiyini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla aprelin 25-nə planlaşdırılmış danışıqlardan imtina etməsinin səbəbini açıqlayıb.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  K.Karapetyanın sözlərinə görə, görüş N.Paşinyanın hökumətə qarşı irəli sürdüyü yeni tələblər səbəbindən ləğv edilib.

“Əvvəlcədən anons olunmuş görüş baş tutmayacaq, çünki Paşinyan görüşün formatı, gündəliyi və işıqlandırılmasına dair birtərəfli şəkildə yeni tələblər irəli sürüb”, – deyə K.Karapetyanın bəyanatında bildirilir.

Onun sözlərinə görə, N.Paşinyan danışıqlarda hakimiyyəti təmsil edəcək iştirakçılarının siyahısını təklif edib və danışıqları yalnız özünün irəli sürdüyü məsələlər ətrafında aparacağını vurğulayıb.

“Bu nə dialoq, nə də ki danışıqlardır, bu sadəcə öz fikrini və gündəliyini bildirməkdir. Hətta danışıqlarda biz tərəfdən iştirakçılar da müəyyən edilib. Danışıqlar sahəsində müəyyən təcrübəm olduğundan, indiyədək bu cür formatlı danışıqlara rast gəlməmişəm”, – deyə K.Karapetyanın bəyanatında bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar