N.Rosberq FİA-nın yeni aksiyasına qoşulub

N.Rosberq FİA-nın yeni aksiyasına qoşulub
Want create site? Find Free WordPress Themes and plugins.

Formula1 üzrə son dünya çempionu Niko Rosberq dünya yollarında təhlükəsizliyin artırılması üçün tədbirlərini fəal şəkildə davam etdirən FİA-nın yeni təşəbbüsünə qoşulub. Təşəbbüs “3500 həyat” adlandırılır. Dünyada avtoqəzalarda hər gün orta hesabla bu qədər adam ölür – kifayət qədər qorxunc faktdır.

A24.az bildirir ki, Sabiq Formula1 sürücüsü şəxsi Twitter hesabında layihəyə aid şəkil paylaşıb və yazıb: “Mən bu layihənin səfiri olduğum üçün çox xoşbəxtəm”.

Layihənin əsas məqsədlərindən biri sükan arxasında içkili vəziyyətdə əyləşməməyə çağırmaqdır. FİA olduqca sadə olan 10 qayda ilə çox sayda insanın həyatının xilas edilməsinin mümkünlüyünü bildirir:

  • Sürət rejiminə riayət edin
  • Uşaq kreslosundan istifadə edin
  • Təkərlərin təzyiqini müntəzəm yoxlayın
  • Sükan arxasında telefondan istifadə etməyin
  • Təhlükəsizlik kəmərindən istifadə edin
  • Sükan arxasına heç vaxt sərxoş vəziyyətdə əyləşməyin
  • Hər zaman diqqətli olun
  • Hərəkət zamanı həmişə faraları yandırın
  • Yorğunluq hiss etdikdə dayanın
  • Motosikletdə əyləşərkən dəbilqədən istifadə edin

Qeyd edək ki, FİA-nın layihələrinə tanınmış simalar, siyasətçilər, 13 idmançı, o cümlədən, Felipe Massa, Fernando Alonso və MotoGP üzrə üçqat dünya çempionu Mark Markes də qoşulublar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar