A24 Xeber

Nabranda 3 yaşlı oğlan uşağı itkin düşüb – Meşədə və suda axtarış aparılır

Nabranda 3 yaşlı oğlan uşağı itkin düşüb – Meşədə və suda axtarış aparılır
51
23 İyul 2018 - 9:14

Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

“A24.az”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

Axtarış işləri meşəlik ərazidə və suda aparılır.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00