A24 Xeber

Nadir görünən xəstəliyini sənətə çevirdi – FOTOLAR

Nadir görünən xəstəliyini sənətə çevirdi – FOTOLAR
633
18 Mart 2017 - 13:07

21 yaşlı Aş Soto nadir dəri xəstəliklərindən olan vitilligoyadan əziyyət çəkir.

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşında dərisinin rəngi get-gedə dəyişməyə başlayan Aşın bədənində ağ ləkələr yaranır.

21 yaşlı qadın dərisində əmələ gələn dəyişiklikdən ruhlanaraq onu sənət əsərinə çevirməyə qərar verib.

O, 9 il əvvəl dərisində yaranan xəstəliyə görə ələ salındığını, cəmiyyətdən kənarlaşdığını qeyd edib.

Sonrakı illərdə isə xəstəliyi ilə barışıb və bədənindəki zənginliyi hiss edib, onu dünya xəritəsinə çevirib.

Şəkillərini “Instagram” səhifəsində paylaşaraq məşhurlaşıb və get-gedə izləyicilərinin sayı artıb.

Bəs gənc qadının düçar olduğu xəstəliyin səbəbi nədir?

Xəstəliyin əlamətləri xarici dərinin get-gedə rəngini dəyişməsi  və ağ ləkələrin yaranması ilə başlayır. Vitiligo immunitet sisteminin yanlış formalaşması və dəriyə rəng verən melanositlərin funksiyasının azalması nəticəsində yaranır, cild, tüklər ağ rəngə çevrilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00