Naməlum şəxs "McDonald's"da insanlara atəş açıb

Naməlum şəxs “McDonald’s”da insanlara atəş açıb
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Alabama ştatının Obern Universiteti yaxınlığında yerləşən “McDonald|s” restoranında naməlum şəxs insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 4-ü isə yaralanıb.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, polis atışma barədə məlumata yerli vaxtla təqribən səhər saat 2.30-da (Bakı vaxtı ilə 11.30-da) reaksiya verib və hadisə yerində odlu silah yaralarından ölən 20 yaşlı kişinin meyitini aşkar edib. Biri Obern Universitetinin tələbəsi olmaqla, dörd yaralı isə xəstəxanaya yerləşdirilib. Onların arasında 16 yaşlı yeniyetmənin vəziyyəti ağırdır.

“İlkin olaraq məlumat əldə edilib ki, atışmadan əvvəl mübahisə olub”,- deyə polisin bəyanatında bildirilir.

Hüquq-mühafizə orqanları şübhəli şəxs haqqında hələ ki, məlumat vermirlər. Universitetin məlumatına görə, həmin şəxs hələ də azadlıqdadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar