"Nardaran işi"ndə təqsirləndirilən şəxslərin məhkəməsinin vaxtı bilindi - VİDEO

“Nardaran işi”ndə təqsirləndirilən şəxslərin məhkəməsinin vaxtı bilindi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“A24.az” bildirir ki, Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək, məhkəmədən müvəkkilləri barəsində tibbi ekspertizanın təyin edilməsini istəyiblər. Vəsatətlər təmin edilib.

Sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Elçin Tağıyev təqsirləndirilən şəxslərin, müdafiəçilərin, hakimin və dövlət ittihamçısının suallarını cavablandırıb.

Vəkillər E.Tağıyevdən əməliyyat zamanı polislərdə qumbara olub-olmadığını soruşublar. Şahid hadisə zamanı polislərdə qumbara olmadığını deyib.

Fasilədən sonra prosesdə ifadə verən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hikmət Əliyev Nardaranda keçirilən əməliyyat haqqında danışıb.

Təqsirləndirilən şəxslər bildirib ki, onlar H.Əliyev tərəfindən təzyiqlərə məruz qalıblar. Lakin H.Əliyev təqsirləndirilən şəxslərin dediklərinin əsasız olduğunu bildirib.

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

Qeyd edək ki, T. Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

https://youtu.be/dR-NOGCcVaw

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar