Narın bu növlərinin bilinməyən FAYDALARI

Narın bu növlərinin bilinməyən FAYDALARI
Want create site? Find Free WordPress Themes and plugins.

Nar min bir dərdin dərmanı sayılır. Onun müalicəvi xassələri hələ eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi.

A24.Az xəbər verir ki, son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. Özündə kalium, dəmir, kalsium, fosfor, minerallar, C, B1, B2 vitaminləri ehtiva edən narın şirəsindən ürək ağrıları zamanı və öskürək əleyhinə dərman kimi istifadə olunur. Qabıq və çiçəklərinin dəmləməsi boğaz ağrıları zamanı qarqara kimi tətbiq edilir BU məhlul diş əti iltihabı zamanı da əvəzsiz vasitədir.

Nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır. İmmun sistemi gücləndirir, xərçəng xəstəliyindən qoruyur, təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Həmin xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Narın qabıqlarından hazırlanan dəmləmə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Tərkibi antioksidantlar və virus əleyhinə bakteriyalarla zəngin olan nar meyvəsi zökəm xəstəliyində yaxşı təsir göstərir. Gün ərzində bir stəkan nar suyu içmək gün boyu gümrahlıq hissi yaradır.

Şirin nar mədənin fəaliyyətini genişləndirir, yanma hissini aradan qaldırır. Böyrək və qaraciyərində problemi olanlara nar şirəsi içmək xeyirlidir. Şəkər xəstələrinə isə cır nar şirəsini içmək məsləhət görülür.

Cır nardan hazırlanan narşərab həzm prosesinə kömək edir və sinqa xəstəliyinin müalicəsində yaxşı səmərə verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar