A24 Xeber

“National Interest” ABŞ-ın əsas düşmənini açıqladı

“National Interest” ABŞ-ın əsas düşmənini açıqladı
32
01 May 2018 - 22:36

ABŞ-da nəşr olunan hərbi strateji jurnal National Interest (NI) ABŞ-ın əsas düşmənini açıqlayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, nəşrin analiz yazısında ABŞ-ın baş düşməninin Rusiya və Çin deyil, iqtisadi borclar olduğu vurğulanıb.

Nəşrin bildirdiyinə görə Vaşinqton, tənəzzülə getdikcə daha çox yaxınlaşır. ABŞ Konqresinin büdcə göstəriciləri ilə bağlı məlumatlara, ABŞ-ın borc yükü ÜDM-nin yüzdə 1.6, federal gəlirlərin yüzdə 9.4-nü təşkil edir. Jurnalın ekspertlərinin fikrincə, 2022-ci ildə bu rəqəmlər, ən yaxşı halda müvafiq olaraq 2.7 faiz və 16-ya yüksələcək.

Son həftələrdə baş verən proseslərin fonunda borc yükünün federal gəlirin yüzdə 20-ni təşkil edəcəyini söyləyən ekspertlər, ABŞ xalqının ödəyəcəyi vergilərin 1/5-nin dövlət borcunun ödənilməsi üçün istifadə olucağını bildiriblər.

Nəşr məlumatına görə, mövcud vəziyyətdən çıxış üçün Vaşinqtonun qarşısında iki variant var. Ağ Ev ya məcburi xərclərdə qənaət edəcək, ya da vergiləri artıracaq. Ancaq bu iki həll yolu da, Konqres tərəfindən bloklanmış vəziyyətdədir.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00