"National Interest": Rusiyanın ABŞ döyüş təyyarələrinə pis xəbəri var

“National Interest”: Rusiyanın ABŞ döyüş təyyarələrinə pis xəbəri var
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya və Çinin, Amerikanın kabus təyyarələrinə çevrilən F-35 və F-22-ni vurmaq fürsətini yaradacaq texnologiyaları hazırlamağın bir addım uzaqlığındadır.

A24.Az xəbər verir ki, bu haqda məlumatı ABŞ-da nəşr olunan hərbi strateji jurnal “The National Interest” yayıb.

Moskva və Pekinin infraqırmızı axtarış və monitorinq sistemlərinin inkişaf etdirilməsində təcrübə sahibi olduğu xatırladılan xəbərdə, bu iki ölkənin müdafiə sənayelərinin havada məlumat ötürülməsi şəbəkələrinə malik olduğu qeyd edilib.

Həmçinin bildirilib ki, Rusiya və Çin indidən yüksək sürətli və yüksək tezlikli hava kommunikasiya kanallarını yaratmaq üçün lazım olan bütün vasitələrə malikdir. Nəşrin məlumatına görə, Ruslar və Çinlilər, uzun dalğa boyu məsafədə infraqırmızı axtarış və müşahidə sistemləri ilə təchiz olunmuş iki və ya daha çox döyüş təyyarəni, yüksək sürətli xəbərləşmə kanalı sayəsində bir-birinə əlaqə yaradar yatarmaaz “stealth” texnologiyalarına qarşı qoyma bacarığına malik sistemləri yaratmaq üçün əsas bilgilərə sahib olacaqlar. “Bu cür sistemlərin, gələcək sensor raket alqoritmləri birləşəndə ABŞ-ın 5-ci nəsil döyüş təyyarələrinin funksional potensialını əhəmiyyətli dərəcədə azalacağı qeyd edilərkən, “müharibə texnologiyalarının modernləşməsi bir zaman məsələsi və Amerika F-35 ilə F-22leri yeni sistemlərin inkişaf etdirilməsinə qarşı qorumaq mümkün deyil”, – deyə məlumatda bildirilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar