A24 Xeber

NATO İsraili İrandan qorumaqdan imtina etdi

NATO İsraili İrandan qorumaqdan imtina etdi
27
02 İyun 2018 - 23:48

NATO Baş Katibi Jens Stoltenberq İran ilə silahlı qarşıdurma vəziyyətində İsrailə Şimali Atlantik Müqaviləsi Təşkilatının yardım etməyəcəyini açıqlayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Der Spiegel jurnalına danışan NATO Baş Katibi Jens Stoltenberq, NATO üzvü olmadığı üçün İsrailə 100 faiz təhlükəsizlik zəmanəti verməyəcəklərini bildirib.

NATO-nun Yaxın Şərqəki həll prosesinə daxil olmadığını bildirən Stoltenberq, “Bu bizim işimiz deyil” ifadələrini işlədib. İttifaqın üzvləri arasında İranla BMT icazəli nüvə müqavilə məsələsində fikir ayrılıqları olduğuna diqqət çəkən Baş Katib, bununla yanaşı İranın raket proqramından və regionda qeyri-sabitliyə səbəb olan şəkildə terrorçu qruplara verdiyi dəstəkdən NATO-nun bütün üzvlərinin narahat olduqlarını dilə gətirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00