NATO Komandanlığının Bakıda keçiriləcək görüşlə bağlı AÇIQLAMASI

NATO Komandanlığının Bakıda keçiriləcək görüşlə bağlı AÇIQLAMASI
Want create site? Find Free WordPress Themes and plugins.

“NATO və Rusiya hərbi fəaliyyətlərdə şəffaflığı və proqnozlaşdırmanı təmin etmək üçün hərbi qurumlar səviyyəsində kommunikasıyanı açıq saxlayırlar”.

“A24.az” bildirir ki, bu barədə NATO və Rusiya Silahlı Qüvvələrinin rəhbərlərinin Bakıda keçirilməsi planlaşdırılan görüşünü “AzeriDefence”yə şərh edən NATO-nun Avropa Birləşmiş Komandanlığının (SHAPE) ictimaiyyətlə əlaqələr ofisindən bildiriblər.

Görüşlə bağlı ümumi baxışını açıqlayan SHAPE ictimaiyyətlə əlaqələr ofisinin zabiti bildirib ki, bu çərçivədə NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Baş komandanı general Curtis Scaparrotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında bundan əvvəl 2017-ci il sentyabr ayının 14-də telefon danışığı olub.

“Bu danışıqlarda adətən təlimlərdə şəffaflığın vacibliyi, hərbi əlaqələr xəttini qorumaq üçün açıq və qarşılıqlı maraq, NATO-nun şəffaflıq siyasəti və dialoqun davam etdirilməsində maraqlı olduğu müzakirə olunur”, – deyə bildirilib.

Görüşün tarixi barədə sorğuya gəlincə, Qərargahdan bildirlib ki, gələcəkdəki hər hansı bir görüş barədə zamanı gəldikdə açıqlama veriləcək.

Qeyd edək ki, “BuzzFeed” nəşri yanvar ayında Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeriy Gerasimov ilə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı, general Curtis Scaparrottinin görüşünün planlaşdırıldığını yazıb.

azeridefence.com

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar