NATO ölkələri müdafiə xərclərini artırmaq niyyətindədir

NATO ölkələri müdafiə xərclərini artırmaq niyyətindədir
Want create site? Find Free WordPress Themes and plugins.

NATO-ya üzv olan ölkələr müdafiə xərclərini cari ildə 3,8 faiz artırmaq və hərbi büdcələrinin 20 faizini avadanlıq və texnikaların alınmasına sərf etmək niyyətindədirlər.

A24.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Bizdə dörd ildir müdafiə xərclərinin artımı müşahidə edilir. Müttəfiqlərimizin hamısı artıq xərclərin azaldılmasına son qoyublar. Müttəfiqlərin əksəriyyəti ÜDM-in 2 faizini müdafiə sahəsinə yönəldir. Cari ildə Avropadakı müttəfiqlərimiz və Kanada üzrə müdafiə xərclərinin 3,8 faiz artacağı gözlənilir”, – deyə Yens Stoltenberq qeyd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar