"NATO Qarabağdakı separatçılara maliyyə ilə yanaşı, silah da verər…”

“NATO Qarabağdakı separatçılara maliyyə ilə yanaşı, silah da verər…”
Want create site? Find Free WordPress Themes and plugins.

“Atlas Araşdırmalar Mərkəzinin” rəhbəri Elxan Şahinoğlu “NATO”nu mənasız qurum adlandırıb.

“A24.az” bildirir ki, politoloq bu barədə özünün sosial səhifəsində paylaşım edib.

Paylaşımında Elxan Şahinoğlu Qarabağ məsələsində NATO-ya güvənməməyi bu sözlərlə ifadə edib:

“NATO da ATƏT kimi mənasız quruma çevrilir. Ordusunun gücünə görə NATO-nun birinci dövlət olan ABŞ-la NATO-nun ikinci dövlət olan Türkiyə arasında Suriyada böhran yaşanır, “müttəfiq dövltələrin” hərbçilərinin üz-üzə gəlmək risqi var, Brüsseldən isə “tık” səs çıxmır, təhlükəni taleyin ümidinə buraxıblar. Sabah bu iki dövlətin hərbçisi bir-birinə atəş açsa, NATO bir təşkilat olaraq tamamilə nüfuzdan düşəcək. Bu necə təşkilatdır ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəni deyil, onun düşmənlərini dəstəkləyir, onlara silah verir? Hələ mədət umuruq ki, ABŞ niyə Qarabağ münaqişəsinin həllində fəal deyil? Yaxşı ki, fəal deyil, yoxsa Qarabağdakı separatçılara maliyyə ilə yanaşı silah da verər…”

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar