Naxçıvan gömrükçüləri 108 kq heroin aşkar edib

Naxçıvan gömrükçüləri 108 kq heroin aşkar edib
Want create site? Find Free WordPress Themes and plugins.

Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar. 

A24.Az xəbər verir ki, Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Narkotik qaçaqmalçılığı faktı İranla sərhəddə yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. 1966-cı il təvəllüdlü Türkiyə vətəndaşı Davut Korkmazın idarə etdiyi 27 V 7249 dövlət nömrə nişanlı DAF markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər tərəfindən 27 V 7250 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kq narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İsfahan şəhərində adığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Qaziantep şəhərində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib.

Faktla bağlı Naxçıvan MR DGK-nın istintaq şöbəsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar