Naxçıvanda şərab zavodu ordumuzun nəzarətinə keçib - VİDEO

Naxçıvanda şərab zavodu ordumuzun nəzarətinə keçib – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Əlahiddə Ümumqoşun Ordunun bu günlərdə həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 ha ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.

A24.Az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun  Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər.

Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə  mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.

Qeyd edək ki, bu zavod ötən əsrin 70-ci illərində Ulu öndərin təşəbbüsü ilə inşa edilib və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar