A24 Xeber

Nazarbayev Azərbaycan əlifbasından faydalandı: Qazaxlar da bu əlifbaya keçir

Nazarbayev Azərbaycan əlifbasından faydalandı: Qazaxlar da bu əlifbaya keçir
259
24 İyun 2017 - 16:35

Qazax dilinin latın əlifbasına keçidi prosesini gecikdirmək üçün heç bir səbəb yoxdur.

“Report” “Tengrinews.kz” portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

“Fərmanda son tarix kimi 2025-ci ili göstərmişəm, amma məncə, bu prosesi uzatmaq üçün heç bir səbəb yoxdur. Alimlərimiz əlifbanı Türkiyə, qonşularımız, artıq latın qrafikasına keçmiş Azərbaycan, Özbəkistan təcrübəsi əsasında hazırlaya bilər. Onların çatışmazlıqlarını nəzərə alaraq, öz əlifbamızı yaratmalıyıq. Bu, çətin olmayacaq. Çünki 1-ci sinifdən bütün uşaqlara ingilis dili tədris olunur, bizə çətin olmamalıdır”, – Qazaxıstan prezidenti deyib.

Xatırladaq ki, Qazaxıstanda latın əlifbasına keçid prosesinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00