Nazarbayev ordunu ayağa qaldırdı - FOTOLAR

Nazarbayev ordunu ayağa qaldırdı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Mayın 7-də Qazaxıstanda “Vətənin müdafiəsi” günü münasibətilə hərbi parad keçirilib.

A24.Az Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Otar” hərbi bazasında keçirilən hərbi paradda Qazaxıstan prezidenti Nursultan Nazarbayev başda olmaqla Silahlı Qüvvələrinin hərbçiləri, Dövlət Mühafizə Xidməti, Qazaxıstan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat bölüyü iştirak ediblər.

Hərbi paradda təxminən 3 min hərbçi, 300-ə yaxın hərbi texnika və 40-ə qədər pilotsuz uçuş aparatı cəlb edilib. Parad iki hissədən ibarət olub. Birinci hissədə hərbçilərin tətlif olunma mərhələsi keçirilib. İkinci mərhələ də isə müasir silah və hərbi texnikaları mərkəzə gətirilib və onların döyüş qabiliyyəti tədbir iştirakçılarına nümayiş olunub.

Orxan Aslanlı, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar