Nazarbayevə bu vəzifə ömürlük verildi - QƏRAR

Nazarbayevə bu vəzifə ömürlük verildi – QƏRAR
Want create site? Find Free WordPress Themes and plugins.

Qazaxıstanın rəsmi qəzeti “Kazakistanskaya Pravda”da nəşr olunan məlumata görə, yeni qanuna əsasən ölkənin ilk prezidenti Nursultan Nazarbeyev ömür boyu Qazaxıstan Təhlükəsizlik Şurasına sədrlik edəcək.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Şurada ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmə, konstitusiya quruluşunu, müstəqilliyini, ərazi bütövlüyünü və maraqlarını qorumağa yönələn dövlət siyasətlərini koordinasiya edəcək konstitusion bir qurum statusu verilib. Qazaxıstan Ədliyyə Naziri Marat Beketayev, Nazarbayevə tanınan bu hüququn konstitusiyada həyata keçirilən islahat çərçivəsində olduğunu və bu addımın ölkənin sabitliyini gücləndirəcəyini söyləyib. Xatırladaq ki, layihə daha əvvəl Qazaxıstan Konstitusiya Şurası və Qazaxıstan Parlamentindən keçib. Nazarbayev də ötən həftə qərarı imzalayıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar