Nazim İbrahimova vəzifə verildi

Nazim İbrahimova vəzifə verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri təyin edilib.

A24.Az Teleqraf.com-a istinadən xəbər verir ki, daha öncə Mərkəzin İdarə Heyətinin üzvü olan Nazim İbrahimov fəaliyyətini qurumun sədri kimi davam etdirəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

Mərkəz 30 sentyabr 2012-ci ildə Gəncədə təsis edilib. Təşkilatın qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyyətidir. Mərkəzə daha öncə Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru cənab İsmail Seragəldin həmsədrlik ediblər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar