Nazir deputatın tikintisini dayandırdı - FOTO

Nazir deputatın tikintisini dayandırdı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb. Paytaxtın Salatın Əsgərova küçəsində “Malibu Rezidens” şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.
A24.Az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev ərazidə dərhal tikinti işlərin dayandırılması və arxeloji işlərin aparılması üçün aidiyyatı qurumlara göstəriş verib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Unikal.org-a verilən məlumata görə, Salatın Əsgərova, Rəsul Rza, Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrinin perimetri daxilində çoxmərtəbəli binanın özülünün qazıntısı zamanı tarixi əhəmiyyəti olması ehtimal edilən maddi nümunələr aşkar olunub.
Hazırda ərazi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Tikinti işləri dayandırılıb. Arxeologiya institutunun mütəxəssisləri araşdırmalara cəlb olunub. Son nəticə mütəxəssislərin verdiyi rəy əsasında məlum olacaq. Əgər ərazidə tarixi və memarlıq əhəmiyyətinə malik olan abidələr aşkar olunarsa, burada tikinti işlərinə icazə verilməyəcək.
Qeyd edək ki, adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar