Nazir istefa verdi: İSPANİYADA

Nazir istefa verdi: İSPANİYADA
Want create site? Find Free WordPress Themes and plugins.

İspaniyanın səhiyyə naziri Karmen Monton istefa verib.

A24.Az “ölkə.az”-a istinadən bildirir ki, buna səbəb kral Xuan Karlos adına universitetdə diplom işi ilə bağlı qalmaqal olub.

Televiziyada çıxış edən Monton bəyan edib ki, baş nazir Pedro Sançesi istefası ilə bağlı xəbərdar edib. Bundan əlavə isə nazir bildirib ki, təhsili tam şəffaf olub və sübutları təqdim etməyə söz verib.

Artıq Montonu kimin əvəz edəcəyi də məlum olub. Bu posta Mariya Luisa Karsedo layiq görülüb. Mariya Luisa iyul ayında uşaq dilənçiliyi ilə mübarizədə ali komissar təyin edilmişdi.

Monton mətbuatda magistr dərəcəsini dərslərə girmədiyi barədə xəbər yayıldıqdan sonra istefa verib. Sonradan məlum olub ki, onun diplom işi də plagiatdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar