Nazir məktəblərdə xarici dilin tədrisi ilə bağlı əmr imzaladı

Nazir məktəblərdə xarici dilin tədrisi ilə bağlı əmr imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil Nazirliyi orta məktəblərdə xarici dilin tədrisi formasını açıqlayıb.

“A24.az” bildirir ki, nazirlikdən verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.

I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti
siniflərdə dəyişdirilməsinə yol verilmir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar