A24 Xeber

Nazir prezidenti “qorxaq” və “it” adlandırdı

Nazir prezidenti “qorxaq” və “it” adlandırdı
587
07 Mart 2017 - 8:34

Venesuela hökuməti sosializmə qarşı çıxdığına görə Peru prezidenti Pedro Pablo Kuçinskini təhqir edib.

“A24.az” Trend-ə istinadən xəbər verir ki, keçən il keçirilmiş prezident seçkilərində qalib gələn 78 yaşlı keçmiş bankir Kuçinski, bir müddət bundan əvvəl ABŞ-da etdiyi çıxışı ilə Venesuela hakimiyyətini qəzəbləndirib.

Belə ki, o, Latın Amerikasını xalça üzərində gəzən təmizkar itlə müqayisə edib, Venesuelanı isə bu xalçanın üzərindəki “böyük problemə” oxşadıb.

Buna cavab olaraq, Venesuela xarici işlər naziri Delsi Rodrigez Kuçinskini “qorxaq” və ABŞ-ın köləsi olan “it” adlandırıb.

Qeyd edək ki, Kuçinski regionda Venesuellanın hakim “Çavizmo” hərəkatının ən qatı tənqidçilərindəndir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00