A24 Xeber

Nazir Sumqayıtda işləyən komandirə yüksək vəzifə verdi – FOTO

Nazir Sumqayıtda işləyən komandirə yüksək vəzifə verdi – FOTO
45
05 Sentyabr 2018 - 13:30

Daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinə yeni rəis təyin edib.

“A24.az” “avtosfer.az”a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon DYP Şöbəsinə rəis təyin olunub. Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən təsdiqləyiblər.

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub. Daha əvvəl isə Bakı şəhər DYPİ-də tağım komandiri, Səbail rayon DYPŞ-də inzibati təcrübə üzrə baş inspektor işləyib. Mərdan Əliyev DYP sistemində nümunəvi xidmətlərinə görə fərqlənən əməkdaşlardan biri kimi tanınır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00