A24 Xeber

Nazir: “Universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir”

Nazir: “Universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir”
81
29 İyun 2017 - 11:49

Təhsil naziri Mikayıl Cabbarov universitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, burada hüquqi-təşkilati formanın dəyişdirilməsi, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılması prosesi müşahidə edilir.

M. Cabbarov qeyd edib ki, bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir: “Nizamnamələrdə müvafiq dəyişikliklər edilir və yeni idarəetmə strukturları tətbiq edilir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə çevrilib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00