Nazirdən pensiyaçılara şad xəbər

Nazirdən pensiyaçılara şad xəbər
Want create site? Find Free WordPress Themes and plugins.

İyun ayının sonunadək Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” qanun layihəsi çərçivəsində hazırlanmış iki sənədi Prezident Administrasiyasına təqdim edəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, söhbət sosial sığorta ehtiyatlarının istifadəsi qaydalarından və xüsusi hesaba əlavə vəsaitlərin yerləşdirilməsi qaydalarından gedir.

 Nazir deyib:

“”Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərə əsasən, hər bir vətəndaşı üçün fərdi hesablar açılır və hər kəs təqaüdə çıxana qədər bu hesablara bank vasitəsilə vəsait yerləşdirə və bu yolla da öz sosial sığorta kapitalını artıra bilər. İkinci sənəd isə fərdi hesaba vəsaitlərin necə yerləşdirilməsi barədə qaydalardır”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar