Nazirin fikri ortalığı qarışdırdı: "Müsəlmanlar Ramazanda təhlükə yaradır" 

Nazirin fikri ortalığı qarışdırdı: “Müsəlmanlar Ramazanda təhlükə yaradır”
Want create site? Find Free WordPress Themes and plugins.

” Oruc tutan müsəlmanlar Ramazanda təhlükəsizlik riski yaradır. Oruc tutan müsəlmanlar sözügedən ibadəti yerinə yetirmək üçün icazə almalıdır”. 

A24.Az xəbər verir ki, bu fikirləri Danimarka naziri İnqer Stojberq deyib.

Nazirə bu fikirlərinə görə, sərt reaksiya verilib. Hökumət sözçüsü, nazirin fikirləri ilə bağlı açıqlama verib. Bildirib ki, nazirin sözləri öz düşüncələridir və hökumətin siyasətini əks etdirmir.

Qeyd edək ki, İnqer Stojberq qəzetlərin birində yazdığı yazıda, müsəlmanların ramazan ayı boyunca işdən ayrılmaları gərəkdiyini deyib.

Nazir yazıda avtobus sürücülərini misal göstərib. Onun fikrincə, 1 insan həm 18 saat ac qalıb,  həm də təhlükəsiz şəkildə avtobus idarə edə bilməz.

“Danimarka kimi modern bir ölkədə,  oruc tutulması məsələsi üzərində, yenidən düşünülməlidir” – deyə nazir bildirib.

Nərmin Kərim, A24.Az 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar