Nazirlər Kabinetinin tərkibi açıqlandı: Yeni və köhnə simalar

Nazirlər Kabinetinin tərkibi açıqlandı: Yeni və köhnə simalar
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi barədə sərəncam imzalayıb.

“A24.az” Azərbaycan prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıb:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sputnik.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar