Nazirlərin ilk iş yeri - Fəhlə, tərcüməçi, tornaçı, biznesmen... 

Nazirlərin ilk iş yeri – Fəhlə, tərcüməçi, tornaçı, biznesmen…
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı. Novruz Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərəcək hökumətin yeni tərkibində 41 üzv yer alır ki, onlardan 18-i müxtəlif sahələrə rəhbərlik edən nazirlərdir.

Bəs görəsən ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri bir sahəyə məsul olan nazirlərimiz bu zirvəyə necə və hansı yollarla çatıblar?

“A24.az” xəbər verir ki, “Azxeber.com” Baş nazir, onun müavinləri və nazirlərin ilk iş yerləri ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki;

Baş nazir Novruz Məmmədovun ilk iş yeri tərcüməçiliklə bağlı olub. 1967–1968-ci illərdə Əlcəzairdə tərcüməçi kimi fəaliyyətə başlayan N.Məmmədov daha sonra pedaqoji fəaliyyətlə məşğul olub.

Baş nazirin I müavini Yaqub Eyyubov əmək fəaliyyətinə tornaçı kimi başlayıb. Ardınca komsomol katibi kimi fəaliyyətini davam etdirib.

Baş nazirin müavini Əli Əhmədovun ilk iş yeri Baş Arxivlər İdarəsinin baş elmi işçisi vəzifəsi olub. Daha sonra Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub.

Baş nazirin müavini Əli Həsənov əmək fəaliyyətinə “Azərneftkimyaquraşdırma” Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb. Ardınca həmin idarədə iş icraçısı işləyib.

Baş nazirin müavini Hacıbala Abutalıbovun ilk iş yeri elmi işçi vəzifəsi olub. Daha sonra baş elmi işçi kimi fəaliyyətini davam etdirib.

Müdafiə naziri Zakir Həsənovun ilk iş yeri uzaq Sibirdə yerləşən hərbi hissədə tağım komandiri vəzifəsi olub.

Daxili İşlər naziri Ramil Usubov əmək fəaliyyətinə sıravi polis nəfəri kimi başlayıb. 1970-ci ildən Daxili İşlər Nazirliyi sistemindədir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik və geoloq kimi əmək fəaliyyətinə başlayıb.

Müdafiə Sənayesi naziri Yavər Camalov “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru kimi əmək fəaliyyətinə başlayıb.

Ədliyyə naziri Fikrət Məmmədov hüquqşünasdır və ilk iş yeri rayon prokurorunun köməkçisi vəzifəsi olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 2004-cü ildən Heydər Əliyev Fondunda əmək fəaliyyətinə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov Vergilər Nazirliyində əmək fəaliyyətinə başlayıb və dörd il bu sistemdə fəaliyyət göstərib.

Səhiyyə naziri Oqtay Şirəliyev ixtisaca həkimdir və əmək fəaliyyətinə Moskvada həkim kimi başlayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayevin ilk iş yeri Saatlı rayonunda yerləşən M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimliyi olub.

Gənclər və İdman naziri Azad Rəhimov əmək fəaliyyyətinə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev ilk olaraq Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək fəaliyyətinə “SOCAR”da baş mütəxəssis kimi başlayıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov əmək fəaliyyətinə Prezident Administrasiyasında məsləhətçi kimi başlayıb.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev əmək fəaliyyətinə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

Maliyyə naziri Samir Şərifov əmək fəaliyyətinə Bakıda və Yəməndə iqtisadçı-maliyyəçi kimi başlayıb.

Xarici İşlər naziri Elmar Məmmədyarov əmək fəaliyyətinə diplomat kimi başlayıb və hazırda rəhbəri olduğu nazirlikdə işçi olub.

Vergilər naziri Mikayıl Cabbarov əmək fəaliyyətinə vəkil kimi başlayıb və özəl şirkətdə hüquqşünas işləyib.

Energetika naziri Pərviz Şahbazov əmək fəaliyyətinə diplomat kimi başlayıb və Xarici İşlər Nazirliyində işləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar