A24 Xeber

Nazirlik Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq etdi

Nazirlik Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq etdi
28
07 Sentyabr 2018 - 11:51

“Xarici vətəndaşlar gəlib Azərbaycanda ovla məşğul olmaq istəyirlərsə, müvafiq şirkətlərə müraciət etməlidirlər”.

“A24.az” xəbər verir ki, bunu Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyində keçirilən mətbuat konfransında n­azirliyin Bioloji Müx­təlifliyin Qorunması ­və Xüsusi Mühafizə Ol­unan Təbiət Əraziləri­nin İnkişafı Departam­entinin direktoru Hik­mət Əlizadə deyib.

O bildirib ki, həmin şirkətlər də əməkdaşlıq etmək üçün müvafiq qaydada nazirliyə müraciət etməlidir: “Hansı şirkətin uğurlu təcrübəsi varsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ov təşkil etmək istəyən şirkətlərlə iltizam imzalanır. Məqsədimiz Azərbaycanda sivil qaydada ov aparılmasıdır. Ov elə aparılmalıdır ki, ətraf mühitə ciddi ziyan dəyməsin”.

H.Əlizadə qeyd edib ki, ov mövsümü başlayandan bu günə kimi, 3 ay ərzində 10 şirkət xarici ovçuların ovunu təşkil etmək üçün nazirliyə müraciət edib: “Yeddi şirkət dağ kəlinin, üç şirkət isə quş ovunu təşkil etmək üçün müraciət edib və bu on şirkətin hər birinin müraciətinə müsbət cavab verilib”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00