Nazirlikdə dəyişiklik: məmurlar kəndlilərin "ayağına" gələcək

Nazirlikdə dəyişiklik: məmurlar kəndlilərin “ayağına” gələcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək”.

“A24.az” “APA-Economics”ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, artıq kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə birbaşa müraciət edəcək.

“Bizim fəaliyyət prinsipimiz düzgün idarəçiliyə yönəlib. Burada şəffaflıq, hesabatlılıq, neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək. Qarşımızda dayanan vacib məsələlərdən biri sahibkarlarla sıx əlaqədə çalışmaq, kənd təsərrüfatı sahəsində innovasiyaların, yeni texnologiyaları tətbiq etməkdən ibarətdir”, – deyə İ.Kərimov əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar