Nazirlikdən həkimlə tibb bacısının döyülməsinə münasibət

Nazirlikdən həkimlə tibb bacısının döyülməsinə münasibət
Want create site? Find Free WordPress Themes and plugins.

Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib.

“A24.az”ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-ya bildirib ki, Tovuz rayonunun İbrahimhacılı kəndindən təcili tibbi yardıma iyunun 7-də saat 22:23-də çağırış gəlib.

Onun sözlərinə görə, təcili tibbi yardım maşını saat 22:24-də Qovlar şəhərindən çağırışa çıxıb və saat 22:33-də ünvana çatıb: “Təcili tibbi yardım çox qısa müddətdə çağırışa gedib. Onlar evə çatanda xəstə keçinib. Xəstə öldükdən sonra onun yaxınları həkim Eldar Abdıyev, feldşer Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyüblər”.

Əhmədova qeyd edib ki, hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar