Nazirlikdən “səfirliyin qarşısında doğacam” deyən qadınla bağlı - AÇIQLAMA

Nazirlikdən “səfirliyin qarşısında doğacam” deyən qadınla bağlı – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Səhiyyə Nazirliyi əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenkonun Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

A24.Az xəbər verir ki, nazirlikdən sputnik.az-a verilən məlumatda qeyd olunur ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur:

“Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, Nazirliyin qaynar xəttinə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır”.

Hazırda Azərbaycan mediası Yasmin Marinenkonu axtarır ki, ondan 700-800 dollar tələb edən klinikanın və həkimin adını dəqiqləşdirsin.

Qeyd edək ki, qadın ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı olmadığını deyib. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar